Bu mövsümün sonu Zlatan İbrahimoviç “Milan”ı tərk edəcək.

Rekord.az xəbər verir ki, məlumatı “La Gazzetta dello Sport” yayıb. 38 yaşlı icveçli hücumçunun klub rəhbərliyindəki dəyişiklikdən və baş direktor İvan Qazidisin planlarından narazı olduğu bildirilib.

Daha öncə ölub rəsmilərindən Zvonimir Boban və Paolo Maldininin komandanı Zlatanın liderliyi ətrafında qurmaq istədiyi qeyd olunub. Lakin artıq Boban klubu tərk edib, Maldininin də yaxın vaxtlarda “Milan”dan gedəcəyi gözlənilir. Qazidis isə Zlatanı əsas oyunçu kimi görmür. O, yalnız fasilə dövründə futbolçudan məsləhət almaq istəyir. Bu isə İbrahimoviçi qane etmir. Futbolçunun ətrafı əmindir ki, o, Qazidisin istəyini qəbul etməyəcək və “Milan”dan gedəcək.