"Milan"ın yarımmüdafiəçisi Braim Diaz komanda yoldaşı Zlatan İbrahimoviç haqqında danışıb.

Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi "Marca"ya açıqlamasında 40 yaşlı forvard barədə deyib:

“O, atamla eyni yaşdadır, amma yenə də matçların nəticələrinə təsir edir. İbrahimoviç paltardəyişmə otağında da atam kimi davranır. O, həyatımı asanlaşdırdı, çünki topu alan kimi onu Zlatana verməliyəm. Əks-halda o, əsəbiləşir. Zlatan heyrətamiz futbolçudur, çox xarizmatikdir, qalib gəlməyi sevir. İbrahimoviç bütün oyunçuları yaxşı təsir edir. Çünki onlara bacardıqlarının  maksimumunu göstərməyə məcbur edir”.