
I Liqada ən çox büdcə bu komandada olacaq
- 27 İyl 2023 15:00
- 595
Yeni mövsümdən I Divizionda mübarizə aparacaq "İrəvan" komandasının iddiası və planları haqda məlumat vermişdik.
Rekord.az xəbər verir ki, bu komanda büdcəsi ilə də digər komandalardan fərqlənir.
Əldə etdiyimiz məlumata görə, komanda rəhbərliyi növbəti mövsüm üçün 1 milyon manatdan artıq büdcə ayırıb. Bu isə I liqa komandaları arasında ən böyük büdcə sayılır.