I Liqa təmsilçisi "Baku Sportinq"in yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, bu posta Röyal Nəcəfov təyin olunub.

Ötən mövsüm "İmişli"də çalışmış Fərid Əlizadə isə onun köməkçisi təyin olunub. Qapıçılarla işləyən məşqçi postuna isə "Sumqayıt"dan Seymur Bəydəmirov dəvət olunub.