Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 4-cü tur matçına çıxıb.


Rekord.az xəbər verir ki, komanda evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.


Oyunda hesab açılmayıb – 0:0. Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.


“Arda” hazırda turnir cədvəlində 5 xalla 8-cidir.