Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun da formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 6-cı tur matçına çıxıb.


Rekord.az xəbər verir ki, komanda səfərdə Sofiya “Slaviya”sı ilə qarşılaşıb və 0:2 hesabıyla uduzub.


Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.


“Arda” hazırda turnir cədvəlində 5 xalla 9-cudur.