
"Huner Group" bu məsələyə qarışmayacaq
- 20 Fev 2023 16:00
- 780
"Turan Tovuz"un yeni sponsoru olan "Huner Group" komandanın inkişafı üçün bəlli məbləğdə vəsait xərcləyəcək, əksər problemlərin yoluna qoyulmasını təmin edəcək.
Rekord.az-a daxil olan məlumata görə, sözügedən şirkət daha çox infrastrukturla bağlı layihələrə maliyyə ayıracaq.
Futbolçuların maaş və mükafatları bundan sonra da AFFA-nın ayırdı maliyyə hesabına ödəniləcək.