“Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik”
- 02:30
- 32
Belçika millisi İranla matçda hücum xəttində səmərəli ola bilməyib.
Rekord.az xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Rudi Qarsiya İran yığmasına qarşı DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis heç-heçə başa çatan görüşü dəyərləndirib:
"Hücum xəttində kifayət qədər səmərəli ola bilmədik. Mən gözləyirdim ki, topa təxminən 70 faiz sahib olaq və rəqib qapısına çox sayda zərbələr vuraq. Düzdür, qapıya zərbələrimiz oldu, amma rəqib qolkiperi kifayət qədər çətin vəziyyətə sala bilmədik. 10 nəfərlə oynamağımız da, əlbəttə ki, işimizi daha da çətinləşdirdi.
Bundan əvvəl də belə oyunlarımız olub və adətən, ən azı üç qol vurmağı bacarmışıq".
Belçika - İran oyunu 0:0 hesabı ilə başa çatıb.