Heydərovdan qızıl, Tçkayevdən bürünc medal!
- 02 Dek 2023 16:40
- 262
Azərbaycan cüdoçusu Hidayət Heydərov Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük Dəbilqə”də qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Heydərov finalda yerli idmançı Soişi Haşimotoya qalib gəlib.
81 kq-dakı Zelim Tçkayev isə bürünc mükafata sahib çıxıb. O, Tacikistan təmsilçisi Somon Makhmadbekovu məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi yarışda 8 çəki dərəsində 13 kişi və 1 qadın idmançı ilə təmsil olunur.