
"Heydər Əliyev kuboku" turnirində 3-cü turun oyunları oldu
- 13 İyn 2023 11:21
- 341
Naxçıvanda fəaliyyət göstərən nazirliklər arasında "Heydər Əliyev kuboku" uğrunda futzal turnirində 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, həftə sonu oynanılan görüşlərinin nəticələrinə əsasən “A” qrupunda eyni xala malik iki komanda – Gənclər və İdman, Rabitə və Yeni Texnologiyalar nazirliklərini təmsil edən kollektivlər qrupu öndə tamamlayaraq yarımfinala vəsiqə qazanıblar. “B” qrupunda isə mübarizə davam edir. Yalnız Maliyyə Nazirliyinin komandası pley-ofa çıxışını təmin etməyi bacarıb. Qrupun yekun sıralamasına əsasən yarımfinala çıxmış sonuncu komanda da bəlli olacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışa 9 komanda qatılıb. Hər qrupdan ən yaxşı göstəriciyə malik iki komanda pley-ofda mübarizəni davam etdirəcək.
Üçüncü turun nəticələrini və turnir cədvəlinin hazırki vəziyyətini təqdim edirik! Turnirlə bağlı məlumatlar davamlı olaraq rəsmi sosial şəbəkə hesablarımızda yayımlanacaqdır.