Bakıda yeniyetmə boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin dördüncü günündə oğlanlar arasında 1/4, qızlarda 1/2 final mərhələsinə yekun vurulub.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin daha 9 oğlan boksçusu günü qələbə ilə başa vuraraq, adını yarımfinala yazdırıb. Qızlardan ibarət yığmanın isə daha 3 üzvü finala vəsiqə qazanıb.


Bakı Boks Mərkəzində keçirilən turnirin beşinci günündə oğlanlar arasında yarımfinal görüşləri baş tutacaq.


Qeyd edək ki, 8 ölkənin qatıldığı yarışa mayın 21-də yekun vurulacaq.


Oğlanlar


1/4 final


48 kq


Ayxan Həsənov (Azərbaycan) – Əli Əliyev (Azərbaycan) 1:4 (28:29, 28:29, 30:27, 28:29, 28:29)


52 kq


Əli Camalzadə (Azərbaycan) – Andrija Nikitoviç (Monteneqro) 4:1 (30:27, 30:27, 29:28, 30:27, 28:29)


54 kq


Miryan Voloşin (Gürcüstan) – İbrahim Bədəlli (Azərbaycan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 27:29)


Sadiq Musayev (Azərbaycan) – Beka Okruaşvili (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 29:28, 29:28)


57 kq


Ulas Alimjan (Qazaxıstan) – Yusif Həsənli 2:3 (29:28, 28:29, 27:30, 30:27, 27:30)


Nikolos Xizanişvili (Gürcüstan) – Əflatun İsmiyev (Azərbaycan) 2:3 (29:28, 28:29, 30:27, 28:29, 28:29)


75 kq


İsmayıl Məmmədov (Azərbaycan) – Nicat İmanov (Azərbaycan) 0:5 (26:30, 26:30, 26:30, 26:30, 26:30)


Hüseyn Vahabov (Azərbaycan) – Turqay Abbasov (Azərbaycan) 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27)


+80 kq


Həsən Akpinar (Gürcüstan) – Səftər Məmmədzadə (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib


Qızlar


1/2 final


46 kq


Aylin Nəzərova (Azərbaycan) – Aleksandra Kustikova (Belarus) 4:1 (30:27, 30:27, 30:27, 29:28, 28:29)


Milana Belyankina (Belarus) – Nurgül Ocaqova (Azərbaycan) 0:5 (25:30, 26:30, 27:29, 27:29, 26:30)


50 kq


Akerke Serdali (Qazaxıstan) – Əminə Tağı (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib