
"Heydər Əliyev İli" ilə əlaqədar voleybol yarışı
- 22 Fev 2023 11:00
- 552
Naxçıvan MR, Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin idman zalında "Heydər Əliyev İli" ilə əlaqədar olaraq voleybol üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, ümumtəhsil məktəblərinin qız şagirdlərini əhatə edən yarışda 8 komanda iştirak edib.
İlk üç yerin sahiblərinə diplom təqdim edilib.
Nəticələr:
1-ci yer: Çalxanqala kənd tam orta məktəbi
2-ci yer: Qıvraq qəsəbə tam orta məktəbi
3-cü yer: Qarabağlar kənd 2 saylı tam orta məktəbi