Xaçmaz Olimpiya İdman Kompleksində “Heydər Əliyev İli” çərçivəsində məktəblilər arasında basketbol idman növü üzrə Xaçmaz rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, gərgin keçən turnirdə Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin komandası I yeri, Xaçmaz şəhər 6 nömrəli məktəbin komandası II yeri və Xaçmaz şəhər 9 nömrəli məktəbin komandası III yeri tutmuşdur.

Qalib komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar ilə təltif olunmuşlar.