Azərbaycan boks yığması Krakov-2023 üçüncü Avropa Oyunlarında mübarizəyə qoşulub.

Rekord.az xəbər verir ki, yığma üzvü Malik Həsənov yarışda ilk döyüşünü keçirib.

63,5 kq çəkidə çıxış edən boksçumuz 1/16 final çərçivəsində polşalı Bartlomey Roskoviçlə qarşılaşıb. 5:0 (30:27, 29:27, 30:26, 30:26, 29:28) hesablı qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib.

Həsənovdan əvvəl isə 57 kq çəki dərəcəsindəki Ümid Rüstəmov rinqə çıxıb. O, Ronald Veresə (Macarıstan) 0:5 (27:29, 27:29, 27:29, 27:29, 26:30) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Boks yarışlarının ikinci günündə daha 3 təmsilçimiz rinqə çıxacaq.