“Barselona”nın prezidenti Xuan Laporta Messi haqda danışıb.

Rekord.az xəbər verir ki, Laporta Messi ilə yeni müqavilə bağlanması üçün aparılan prosesinin uğurla getdiyini deyib.

O, futbolçunun da komandada qalmaq istədiyini vurğulayıb:

“Hər gecə Messi haqqında düşünəndə şirin yuxu görürəm. Danışıqlar yaxşı gedir.

Onu “Barselona”da saxlamaq üçün bizdən asılı olan hər şeyi edirik. Biz bu prosesin içindəyik. Messinin də burda qalmaq istədiyini bilirəm və onun bu istəyini qiymətləndirirəm”.

Messinin “Barselona” ilə müqaviləsi iyunun sonunda başa çatıb.