Voleybol üzrə azərbaycanlı beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Çempionlar Liqasına təyinat alıb. “Rekord.az” xəbər verir ki, həmyerlimiz kişi voleybolçular arasında keçiriləcək Polşanın “Verva” və Fransanın “TOURS VB” komandalarının qarşılaşmasında meydana çıxacaq.

E.Zülfüqarov Varşavanın "Ursinov Arena"sında baş tutacaq görüşün ikinci hakim olacaq. Oyunun əsas referisi isə Andrey Zenoviçdir. Qarşılaşma dekabrın 4-də keçiriləcək.