“Borussiya”nın (Dortmund) hücumçusu Erlinq Haland “Mançester Siti”yə keçməyə çox yaxındır.

Rekord.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı norveçli hücumçu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.

Halandla “Barselona” da yaxından maraqlanır.

Haland cari mövsümdə Almaniya Bundesliqasında 14 matçda iştirak edib, 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Dortmund təmsilçisi ilə müqaviləsi 2024-cü ildə bitəcək.