
Hakimlərimiz elit-raund mərhələsinə təyinat aldılar
- 09 Mar 2023 15:40
- 399
FIFA hakimlərimiz 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin oyunlarına təyinat alıblar.
Rekord.az xəbər verir ki, FIFA referisi Elçin Məsiyev və FIFA referi köməkçisi Pərvin Talıbov martın 22-dən 28-dək Polşada təşkil ediləcək 6-cı qrupun oyunlarında iştirak edəcəklər.
Qeyd edək ki, 6-cı qrupda İsrail, Polşa, Serbiya və Latviya komandaları mübarizə aparacaq.