Dövlət Vergi Xidməti tanınmış iş adamı Hafiz Məmmədovun axtarışa verildiyi və Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi barədə məlumat yayıb.

Rekord.az xəbər verir ki, yayılan məlumatdan sonra iş adamı mediaya açıqlama verərək, saxlanılması ilə bağlı məlumatı təkzib edib və borcunu ödədiyini bildirib.

Lakin günün ikinci yarısında Yasamal rayon məhkəməsində onun növbəti məhkəməsi keçirilib. İş adamı məhkəmə zalında həbs edilib və istintaqa təhvil verilib.

Sabah Bakı Apellyasiya Məhkəməsində onun ev dustaqlığına buraxılması ilə bağlı proses olacaq.