Hacıqabul rayonunda həftə içi maraqlı idman tədbirləri keçiriləcək.

Rekord.az həmin yarışların siyahısını sizə təqdim edir:

 

- "Heydər Əliyev İli"nə həsr olunmuş "Xatirə kuboku" minifutbol turnirinin final mərhələsi - 9 may, saat 10:00 (Hacıqabul şəhər minifutbol meydançası);

- "Uşaq idmanı 2023" layihəsi çərçivəsində uşaqlar üçün əyləncəli idman fəaliyyətləri - 10 may, saat 10:00 (Hacıqabul şəhər 6 saylı tam orta məktəb);

- "Topla" layihəsi çərçivəsində oğlanlar üçün futbol üzrə master-klass - 14 may, saat 10:00 (Hacıqabul şəhər 8 saylı tam orta məktəb).