Güləşçilərimiz 2024-cü ilin ilk yarışına çıxır.

Rekord.az xəbər verir ki, yanvarın 10-dan 14-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək reytinq turnirində 26 güləşçimiz ölkəmizi təmsil edəcək.

İlk iki gündə məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaq. Heyətdə İslam Bazarqanov (57 kq), Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq), Zirəddin Bayramov (65 kq), Cəbrayıl Qadjiyev (74 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər ikisi 86 kq), Georgi Meşvildişvili və Vaxit Qalayev (hər ikisi 125 kq) yer alıb.

Daha sonra qadın güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Semyon Şterev və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) uğur qazanmağa çalışacaq.

Yarışın son günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), İslam Abbasov, Rafiq Hüseynov (hər ikisi 87 kq), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) turnirdə iştirak edəcək. 

Qeyd edək ki, yarışda I kateqoriyalı hakim Kamran Əliyev ədaləti qoruyacaq.