“Mən həmişə düz bildiyim sözü demişəm”.

Rekord.az xəbər verir ki, bu sözləri “sportinfo tv”yə açıqlamasında millinin və “Neftçi”nin sabiq müdafiəçisi Mahir Şükürov deyib.

Bir nəçə ildir karyerasını bitirən və hələ də futbol sektorunda heç bir iş almayan veteran AFFA-nın onu diqqətdən kənarda saxlamasının səbəbini bu cür açıqlayıb:

“Mənə deyirlər ki, çox danışırsan. Gözləyirlər ki, mən də bəziləri kimi ya susum, ya da AFFA-nı yalandan tərifləyim, sonra iş versinlər. Bunu heş vaxt etməmişəm və yenə də etməyəcəm”.