Xəbər verdiyimiz kimi, AFFA-nın yaratdığı Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və fondun əməkdaşları Gəncədə olublar.

 

Rekord.az-a daxil olan məlumata görə, səfər zamanı "Kəpəz" rəhbərliyi ilə görüşüb, Gəncə stadionuna baş çəkən fond nümayəndələri Gəncənin icra başçısı Nizayi Bayramovla da görüşmək istəyib.

 

Lakin başçı Tural Piriyevin rəhbərlik etdiyi heyəti qəbul etməyib.