Bu gün Qəbələdə keçiriləcək "Kəpəz" - "Turan Tovuz" matçında Gəncə təmsilçisi dəstəksiz qalmayacaq.

Rekord.az-a daxil olan məlumata görə, "Kəpəz" rəhbərliyi Gəncədən bu oyunu izləmək üçün Qəbələyə gəlmək istəyənlərə 3 avtobus ayırıb.

Bu mənada bu gün "Kəpəz"in dəstək sarıdan problemi olmamalıdır.