Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin və AKF Zona və Gəncə filialının təşkilatçılığı ilə Gəncə Olimpiya İdman Kompleksində Samux Kikboksinq Klubunun yaranmasının 23 illiyinə həsr olunmuş kikboksinq idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov iştirak edərək idmançılara uğurlar arzulamışlar.

Birincilikdə 12 şəhər və rayondan 550-dən çox idmançı-şagird iştirak etmişdir.Sonda qaliblər mükafatlandırılmışdır.