Gəncə şəhəri 28 nömrəli tam orta məktəbin akt zalında Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə tərəfindən gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun yeni əsasnaməsi, orada edilən dəyişikliklər və yeni qeydiyyat forması ilə tanışlıq, həmçinin məktəbdaxili və şəhər birinciliyinə hazırlıq məqsədilə maarifləndirici görüş həyata keçirilib.

Rekord.az xəbər verir ki, görüş zamanı yeni əsasnamə ilə bağlı fikir mübadiləsi aparılıb və "Şahin" hərbi-idman oyunlarının Gəncədə uğurla baş tutması üçün aidiyyəti qurumların və şəxslərin səfərbər olmalarının vacibliyi qeyd olunub.