
Gəncədə hakimlər arasında fikir ayrılığı yaranıb
- 18 Fev 2023 13:00
- 896
Dünən Gəncədə keçirilən "Kəpəz" - "Şamaxı" matçı zamanı "Kəpəz"in üüncü qolunda VAR müdaxiləsi olub.
Rekord.az-ın əldə etdiyi məlumata görə, baş hakim Rəşad Əhmədov qolu verib.
Bu zaman VARda əyləən Rauf Cabbarovdan müdaxilə gəlib. Cabbarov epizodda qayda pozuntusu gördüyünü bildirib və təklif edib ki, baş hakim VAR-a baxsın. Onun təklifindən sonrfa Rəşad Əhmədov VAR-a yaxınlaşıb. Bu zaman tərəflər arasında bir neçə dəqiqəlik dialoq olub. Cabbarov epizodda qayda pozuntusu gördüyünü desə də, Rəşad Əhmədov qərarını dəyişməyib və qolun təmiz vurulduğu qənaətində olduğunu deyərək yenidən mərkəzi göstərib.