Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evinin dəstəyi, Fərəh Sosial İctimai Birliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud gənclər və eləcə də bir qrup aktiv gənclər üçün "Günərzi Yay Düşərgəsi" təşkil olunub.

Rekord.az xəbər verir ki, məqsəd müqəddəs Qurban Bayramı münasibətilə sağlamlıq imkanları məhdud gənclərə əyləncəli bir gün yaşatmaq və onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Düşərgədə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, Fərəh Sosial İctimai Birliyinin sədri İlqar Hümbətov və Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Maarif Quliyev iştirak edərək günün əhəmiyyətindən və düşərgənin təqdirəlayiq addım olmasından danışaraq bütün iştirakçılara xoş istirahətlər arzuladılar.

Düşərgədə idarə əməkdaşı Maarif Quliyev tərəfindən hazırlanmış proqram əsasında maraqlı təlim, müxtəlif oyunlar, əyləncəli yarışlar və masterklas təşkil edildi.

Düşərgənin ən yaddaqalan məqamlarından biri də yekun hissədə iştirakçıların ətraf mühit tullantılardan təmizləməsi olub.

Yekun hissədə isə xatirə fotosu çəkilmişdir.