
Gəncə stadionu ilə bağlı zəmanəti kim verib?
- 13 Sen 2022 14:00
- 843
Məlum olduğu kimi, növbəti turlardan "Kəpəz"in ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsi gözlənilir.
Rekord.az xəbər verir ki, oyunlara az sayda azarkeşin buraxılması da nəzərdə tutulub.
PFL rəhbərliyinin Gəncəyə səfəri zamanı klub rəhbərliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə bu məsələ müzakirə də olunub. Təbii ki, azarkeşlər yalnız qəzasız tribunalara, o da yalnız aşağı sıralara buraxılacaq. O ki, qaldı zəmanətə, saytımıza daxil olan məlumata görə, təhlükəsizliklə bağlı zəmanəti birbaşa icra hakimiyyəti verib.