
“Gəncə” daha bir legioner basketbolçu gətirdi
- 14:45
- 34
"Gəncə" daha bir basketbolçunu heyətinə qatıb.
Bu barədə Rekord.az-a bölgə təmsilçisindən məlumat verilib.
ABŞ-dən olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq.
Təcrübəli oyunçu daha əvvəl Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. E.Koupsun son klubu "Elitzur Yavne" (İsrail) olub.