“Gənc futzalçılar perspektiv vəd edirlər”
- 13:30
- 33
Yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimrka yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi hazırlığını davam etdirir.
Rekord.az xəbər verir ki, yanvarın 18-də təlim-məşq toplanışına start verən komandamız oyuna qədər 6 məşq keçəcək.
Daha çox standart vəziyyətlər üzərində çalışan futzalçılarımız gündə iki dəfə parket üzərinə çıxır. Bu gün millinin ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqi, məşqdən əvvəl isə baş məşqçi Yevgeni Kukseviçin brifinqi keçirilib.
Yevgeni Kukseviç (baş məşqçi): “Yeni ildə belə geniş heyətlə ilk təlim-məşq toplanışımızdır. Yeni futzalçılar dəvət etmişik. Onlar perspektiv vəd edirlər. Təbii ki, çalışırıq ki, onları növbəti oyunlara hazırlayaq.
Yoldaşlıq oyunlarında iştirak etməklə komandanı rəsmi görüşlərə hazırlamağa çalışırıq. Bilməliyik ki, rəsmi oyunlara kimlərlə çıxacağıq. Belə görüşlər keçirməklə gənc futzalçıları rəsmi matçlara hazırlamaq istəyirik. İşimiz çox, vaxtımız isə azdır”.
Qeyd edək ki, final mərhələsi 2028-ci ildə keçiriləcək dünya çempionatının oyunlarına komandamız əsas mərhələdən başlayacaq. Apreldə ilkin mərhələnin görüşləri keçiriləcək, mayın 19-da isə 36 komandanın iştirak edəcəyi əsas mərhələnin püşkü atılacaq. Oyunlar isə bu ilin oktyabrda start veriləcək.