
"Füzuli" I Divizion üçün stadion seçir: 3 namizəd var
- 03 Apr 2023 12:00
- 1425
Növbəti mövsümdən I Divizionda oynamaq istəyində olan "Füzuli" bunun üçün hazırlıqlarını davam etdirir.
Rekord.az xəbər verir ki, komanda rəhbərliyi ilk növbədə stadion problemini həll etmək istəyir.
Əldə etdiyimiz məlumata görə, ortada 3 seçim var: Horadiz Olimpiya İdman Kompleksi, Beyləqan şəhər stadionu və "ASK Arena". Rəhbərlik bu 3 stadiondan birinin üzərində seçim etməyi düşünür. Hansı arena daha uyğun olsa, AFFA tərəfindənd aha məqbul hesab olunsa, komanda orada oynamağı düşünür.