"Region Liqası"nın pley-off mərhələsində "Şirvanovka"nı mübarizədən kənarlaşdıran "Füzuli" 1/4 finaldakı ev matçını Horadiz Olimpiya İdman Kompleksində keçirə bilər.

Rekord.az xəbər verir ki, komanda rəhbərliyi arenaya, qazona əl gəzdirib və normal şərait yaradıb.

Məsələ ilə bağlı AFFA-ya da müraciət olunub və cavab gözlənilir. Nəzərə alsaq ki, federasiya Şirvanovkadakı kənd stadionunda oyun keçirilməsinə icazə verir, o zaman Horadizdəki olimpiya kompleksinə oyun təyin etmək tam məntiqli olardı.