Azərbaycan Futzal Federasiyasında (AFF) yeni təyinat olub.

Rekord.az xəbər verir ki, Eldəniz Yusubov AFF-in meneceri təyin edilib.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Eldəniz Yusubov daha əvvəl "Keşlə"də (hazırkı "Şamaxı") eyni vəzifəni yerinə yetirib. O, "Neftçi" və AZAL klublarında da çalışıb.