Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Fulhem” klubunun yarımmüdafiəçisi İvan Kavaleyronu heyətinə qatıb.

Bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı vinger 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

İvan Kavalyero 2020-ci ilin yanvarında 11.8 milyon avro qarşılığında “Vulverhempton”dan “Fulhem”ə transfer olunub. O, bu komandanın heyətində 78 matça çıxıb, 7 qol vurub. Portuqaliyadan olan futbolçu, daha öncə “Benfika”, “Deportivo” və “Monako”da da forma geyinib. O, Portuqaliya yığmasında 2 oyun keçirib.