Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsində gümüş medal qazanan Klemen Besua açıqlama verib:

“Hər dəfə Azərbaycana gəlirəm. Bu, dördüncü, ya da beşinci səfərimdir. Bakı Atıcılıq Mərkəzini çox bəyənirəm. Bura ən son tələblərə cavab verir, kifayət qədər müasirdir. Fikrimcə, dünyada ən yaxşılardan biridir.

Başqa atletlərin adından danışa bilmərəm. Şəxsən burada atəş açdığım dönəmdə hansısa problemlə rastlaşmamışam. Finalda uduzmağım Çin atletinin məndən daha güclü olmasına görəydi.

Bilirəm, rəqibim Yu Heng Li güclü atıcıdır. Olimpiadada iki dəfə medal qazanıb. Lakin bu fakt məndə heç bir qorxu yaratmırdı. Əksinə, ondan üstün olmaq, qızıl medal qazanmaq istəyirdim. Ümumiyyətlə, hər bir idmançının hədəfi rəqiblərini üstələməkdir”.