
Forması ən çox satılan yığmalar
- 14 Mar 2022 17:30
- 574
Son bir ildə forması ən çox satılan milli komandaların adları açıqlanıb.
Rekord.az saytının məlumatına görə, 5 yığmanın yer aldığı siyahıya İngiltərə başçılıq edir.
Ötənilki Avropa çempionatında finala qədər irəliləyən ingilislərin formasına il ərzində 4 milyona yaxın tələbat olub. Son qitə çempionu İtaliya isə sıralamada beşincidir.
1. İngiltərə millisi - 3 milyon 750 min forma
2. Almaniya millisi - 3 milyon 232 min
3. İspaniya millisi - 2 milyon 890 min
4. Fransa millisi - 2 milyon 245 min
5. İtaliya millisi - 2 milyon 120 min