İtaliyanın “Fiorentina” klubunun prezidenti Rokko Kommisso vəfat edib.


Rekord.az xəbər verir ki, bu barədə Florensiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.


Uzun sürən müalicədən sonra dünyasını dəyişən Kommissonun 76 yaşı var idi.


Qeyd edək ki, Rokko Kommisso “Fiorentina”nı 2019-cu ilin iyununda 150 milyon dollar qarşılığında satın almışdı.