
FİF bu planını təxirə saldı
- 14 Sen 2022 13:00
- 462
AFFA-nın nəzdində yaradılan Futbolun İnkişaf Fondu (FİF) bir müddət öncə Azərbaycanın altı bölgəsində şöbəsini açacağını bildirmişdi.
Rekord.az xəbər verir ki, fond bu qərarını təxirə salıb.
Hələ ki, bütün işlər yalnız Bakıdan görüləcək və heç bir bölgədə filial açılmayacaq. Buna səbəb isə "100k" layihəsinin ilkin mərhələdə ciddi effekt verməməsidir. Ona görə də FİF "Turan Tovuz" və "Kəpəz"dən başqa bu layihəni heç bir klubda tətbiq etməyəcək.