“Fənərbaxça”nın futbolçusu azərbaycanlı hücumçu ilə komanda yoldaşı oldu
- 11 Avq 2021 11:41
- 518
Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Kemal Ademi karyerasını Rusiyada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu “Ximki” klubu ilə razılaşıb.
Bu barədə “Fənərbaxça”nın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Ademinin “Ximki”yə transfer olunduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, “Ximki”də azərbaycanlı hücumçu Kamran Əliyev çıxış edir.