“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində rəqibi olan Macarıstanın “Fehervar” komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sözügedən komanda Türkiyənin “Fənərbaxça” klubu ilə üz-üzə gəlib.

Avstriyada üz-üzə gələn bu komandaların görüşü İstanbul təmsilçisinin qələbəsiylə yekunlaşıb. “Qəbələ”nin rəqibi bu oyunda 3 cavabsız qola üzülüb.

“Qəbələ”nin “Fehervar”la ilk oyunu iyulun 21-də Macarıstanda, cavab görüşü isə bir həftə sonra doğma meydanda baş tutacaq.