Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu mərhələnin cavab görüşləri eyni gündə keçirilib.

“Qarabağ”ın “Şkendiya”nı böyük hesabla keçdiyi gündə Azərbaycan çempionunun pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş” da Macarıstanda qarşılaşıblar. Meydan sahibləri 3 cavabsız qol vurmaqla Ağdam klubuna rəqib olublar.

Səfərdə “Feyenoord”a məğlub olmuş “Fənərbağça” da Türkiyədə böyük hesabla qələbə qazanaraq ÇL-in pley-off mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları

12 avqust

Qarabağ (Azərbaycan) - Şkendiya (Şimali Makedoniya) 5:1 (ilk oyun 1:0)
Kopenhagen (Danimarka) - Malmö (İsveç) 5:0 (0:0)
Fənərbağça (Türkiyə) - Feyenoord (Niderland) 5:2 (1:2)
Pafos (Kipr) - Dinamo (Kiyev, Ukrayna) 2:0 (1:0)
Viktoriya (Plzen, Çexiya) - Reyncers (Şotlandiya) 2:1 (0:3)
Brügge (Belçika) - Zalsburq (Avstriya) 3:2 (1:0)
Ferentsvaroş (Macarıstan) - Ludoqorets (Bolqarıstan) 3:0 (0:0)
Benfika (Portuqaliya) - Nitsa (Fransa) 2:0 (2:0)
Srvena Zvezda (Serbiya) - Lex (Polşa) 1:1 (3:1)
Slovan (Slovakiya) - Kayrat (Qazaxıstan) 0:1, penaltilər 3:4 (1:0)