UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün son 4 görüş keçirilib.

"Qarabağ" Macarıstan "Ferentsvaroş"una evdə uduzsa da, mərhələ adlamağı bacarıb.

Türkiyədə qolsuz heç-heçə edən "Fənərbağça" Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Türkiyə təmsilçisinin 16 mövsüm sonra Çempionlar Liqasının əsas mərhələsinə adlamaq arzusu yenə gerçəkləşməyib.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

27 avqust

Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan) 2:3
İlk oyun - 3:1

Benfika (Portuqaliya) - Fənərbağça (Türkiyə) 1:0
İlk oyun - 0:0

Kopenhagen (Danimarka) - Bazel (İsveçrə) 2:0
İlk oyun - 1:1

Brügge (Belçika) - Reyncers (Şotlandiya) 6:0
İlk oyun - 3:1