Türkiyə Super Liqasında 8-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

“Fatih Karagümrük” doğma meydanda “İstanbulspor”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda qonaqlar qalib gəliblər.

8 turdan sonra “Başakşəhər”, “Adana Dəmirspor”, “Konyaspor” və “Qalatasaray”ın hesabında 17 xal var. “Trabzonspor” 16 xalla 5-ci, “Beşiktaş” isə 15 xalla 6-cıdır. 7-ci pillədə qərarlaşmış “Fənərbaxça” 14 xal toplayıb.

Türkiyə Super Liqası
8-ci tur

1 oktyabr

Kasımpaşa – Qaziantep 1:0
Qol: Çelina, 57.

Ankaragücü – Başakşəhər 1:2
Qol: T.Cigerci, 55-pen – Okaka, 3. D.Türüç, 81.

Kayserispor – Trabzonspor 1:2
Qol: Qavranoviç, 25 – Bakasetas, 78. U.Bozok, 83.

Adana Dəmirspor – Qalatasaray 0:0

2 oktyabr

Alanyaspor – Girəsunspor 1:1
Qol: Balkoveç, 81 – G.Sağlam, 65.

Sivasspor – Hatayspor 1:2
Qol: E.Yeşulyurt, 23 – El Kaabi, 14. B.Yıldırım, 20.

Konyaspor – Ümraniyəspor 1:0
Qol: M.Dəmir, 45+3.

Beşiktaş – Fənərbaxça 0:0

3 oktyabr

Fatih Karagümrük – İstanbulspor 1:2
Qol: Diagne, 37 – Roka, 69. J.Topallı, 74.