
"Everton"un futbolçusu azarkeşlərə məşəl atdı
- 03 May 2022 12:45
- 454
"Everton"un futbolçusu Riçarlison İngiltərə Premyer Liqasının 35-ci turunda "Çelsi" ilə matçda azarkeşləri təhlükəyə atıb .
Rekord.az "The Telegraph"a istinadən xəbər verir ki, 48-ci dəqiqədə vurulan qolu bayram edən hücumçu azarkeşlərin atdığı məşəli götürərək yenidən tribunalara tullayıb. İngiltərə Futbol Assosiasiyası (FA) bu hadisə ilə bağlı araşdırma aparacaq.
Bildirilir ki, braziliyalı oyunçunun hərəkəti nəticəsində heç bir tamaşaçı xəsarət almayıb, "Everton"a isə azarkeşlərdən şikayət daxil olmayıb.
İngiltərə ədliyyə sisteminin keçmiş rəhbəri Keit Hakketə Riçarlison meydandan qovulmalı idi:
“Bu təmiz qırmızı vərəqədir, pis rəftardır. Hakimiyyət heç bir tədbir görməsə, təəccüblənərəm. O, diskvalifikasiya edilməlidir. Bu cür oyunçu davranışını nəzərdən qaçırmaq olmaz".