
Evdə 200-cü qol
- 14:30
- 28
“Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 200-cü ev qolunu vurub.
Rekord.az xəbər verir ki, bu topa Yeqor Boqomolski imza atıb.
Belaruslu hücumçu Misli Premyer Liqasının 3-cü turunun “Kəpəz”lə görüşündə (5:0) fərqlənib. Bakı klubu turnirdəki 154-cü ev sınağında vurulan qol sayını 201-ə də çatdırıb.
“Zirə”nin Premyer Liqada ilk ev qolunu 2015-ci il avqustun 9-da AZAL-la görüşdəki yeganə topun müəllifi olan Viktor İqbekoyi vurub.