Samuel Eto’O iddialı açıqlaması ilə diqqəti cəlb edib.

Rekord.az xəbər verir ki, Kamerun Futbol Federasiyasının prezidenti milli komandanın DÇ-2022-nin final mərhələsində sona qədər irəliləyəcəyinə işarə vurub. Başqa sözlə, o, Kamerun yığmasının finalda oynayacağına inanır:

“Hədəfimiz dünya çempionatını dekabrın 18-də tərk etməkdi (Qətərdə keçiriləcək turnir bu tarixdə final oyunu ilə sona çatacaq – red). Bu hədəfdən imtina etməyəcəyik”.