"Kəpəz" gürcü futbolçusu Mixeil Erqemlidze ilə problemi yoluna qoya bilmir.

Rekord.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədovun əsas heyətdən uzaqlaşdırdığı futbolçu ilə danışıqlar hələ ki, nəticə vermir.

Klub 2 aylıq maaşı təzminat kimi ödəməklə futbolçu ilə müqaviləyə xitam vermək istəyir. Futbolçu isı mövsümün sonuna kimi qalan beş ayın hamısının maaşını istəyirdi. Yalnız son danışıqlardan sonra futbolçu maksimum 1 aylıq maaşından imtina edə biləcəyini bildirib. Amma 4 aylıq maaş belə, indiki halda "Kəpəz" üçün ciddi sıxıntı yaradır.