Dünən mətbuatda serbiyalı qolkiper Stefan Çupiçlə anlaşmağa yaxın olması haqda məlumat yayıldı. Bu o qapıçı idi ki, 44 günlük savaş dönəmində Ermənistanın "Ararat" komandasında forma geyinirdi və qondarma "Artsax"ın əski parçasını paylaşaraq ermənilərə dəstəyini nümayiş etdirmişdi. Bu mənada "Kəpəz"in belə bir qapıçını transfer etməsi heç də birmənalı qarşılana bilməz. Üstəlik, nəzərə alaq ki, "Kəpəz"in təmsil etdiyi Gəncə erməni terrorunun qurbanı olub, xeyli günahsız insan həyatını itirib.

Rekord.az məsələ ilə bağlı "Kəpəz"in mövqeyini öyrənib.

Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirdi: "Kəpəz" mövqelər üzrə bir neçə futbolçu təklif olunub. Həmin futbolçuların sırasında Çupiç də olub. Yəni menecerlər tərəfindən kluba təklif olunub. Ortada hansısa rəsmi anlaşma, transfer söhbəti yoxdur".