Azərbaycan yığmasının müdafiəçisi Mert Çelik növbəti mövsümü «Başakşehir»də keçirməyəcək.

Rekord.az xəbər verir ki, İstanbul klubu müqavilə ilə ona məxsus olan 22 yaşlı arxa xətt oyunçusunun xidmətinə ehtiyac duymayıb.

Baş məşqçi Emre Belezoğlu toplanışa cəlb etdiyi millimizin üzvünün səviyyəsindən razı qalmayıb. Klub rəhbərliyi onun təqdimatı əsasında Merti yenidən icarəyə verməyi qərara alıb.

Adıçəkilən müdafiəçinin son iki mövsümü icarə əsasında «Neftçi»də keçirməsini yada salaq.